Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Aygün Bədəlova/
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq Oyunlar çərçivəsində baş tutan yarışlarda tamaşaçı iştirakından çox razıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda keçirilən mətbuat konfransı zamanı S.Kleq deyib.
O, ötən günün yaxşı gün olduğunu bildirib: "4 müxtəlif məkanda 14 yarış keçirdik. 7 yarışda medal dəstləri oynanıldı. Orta davamiyyət göstəricisi 74 faiz təşkil edib".
S.Kleq həmçinin qeyd edib ki, ötən gün I Avropa Oyunları çərçivəsində gülәş üzrә son yarışlar keçirilib: "Bu gün stolüstü tennis və taekvondo yarışlarının son günüdür".