Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Cəmilə Əliyeva/
Bakıda I Avropa Oyunları yüksək səviyyədə təşkil edilib. Bu barədə Trend-ə Almaniya parlamentinin deputatı Andre Xan deyib.
O bildirib ki, I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə çox şaddır.
Deputat həmçinin qeyd edib ki, idman siyasi alətə çevrilməməlidir.
Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlıqdan danışan A.Xan bu əməkdaşlığın gələcək inkişafına ümid etdiyini bildirib.