...

Afrikalı azarkeş: "Bakı inanılmaz dərəcədə gözəl şəhərdir"

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 15:02 (UTC +04:00)
Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Bu barədə Trend-ə Afrikadan I Avropa Oyunlarına azarkeşlik etməyə gələn Ambaz Mombonikano deyib.
Afrikalı azarkeş: "Bakı inanılmaz dərəcədə gözəl şəhərdir"

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Bu barədə Trend-ə Afrikadan I Avropa Oyunlarına azarkeşlik etməyə gələn Ambaz Mombonikano deyib.

O, şəhər əhalisini, Bakının memarlıq abidələrini və milli mətbəx nümunələrini çox bəyəndiyini deyib: "Bakıda mehriban insanlar yaşayır. Həqiqətən də çox gözəl şəhərdir. Dadlı mətbəx nümunələriniz var. Xüsusilə, kababınızı sevdim".

Azarkeş qeyd edib ki, I Avropa Oyunları barədə internetdən öyrənib və bu idman tədbirində iştirak etmək qərarına gəlib: "Vətənimə qayıtdıqdan sonra bu möhtəşəm Oyunları səmimiyyətlə xatırlayacağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti