...

Ötən gün Avropa Oyunları yarışlarına əlavə 5 min bilet satılıb

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 11:11 (UTC +04:00)
Ötən gün I Avropa Oyunları yarışlarına əlavə olaraq, 5 min də bilet satılıb.
Ötən gün Avropa Oyunları yarışlarına əlavə 5 min bilet satılıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün I Avropa Oyunları yarışlarına əlavə olaraq, 5 min də bilet satılıb. Trend-in mәlumatına görә, bunu mətbuat konfransı zamanı "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, bundan əvvəlki gün isə əlavə olaraq, 12 mindən çox bilet satılmışdı.

Hazırda əlavə biletlərin satışının davam etdiyini deyən S.Kleq artıq Bakı Olimpiya Stadionunda bağlanış mərasiminin keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığını qeyd edib.

S.Kleq deyib ki, bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək: "Bu gün üzgüçülük və qılıncoynatma idman yarışları üzrə medallar təqdim ediləcək. Bu gün yarışlara 22 min tamaşaçının, sabah isə cüdo yarışlarının başlaması ilə əlaqədar olaraq, 30 min tamaşaçının olacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti