...

Saymon Kleq: İdman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 11:17 (UTC +04:00)
I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq Avropa mətbuatında bu yarışlarla bağlı qərəzli mövqedən verilən tənqidi yazılara münasibət bildirib.
Saymon Kleq: İdman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq Avropa mətbuatında bu yarışlarla bağlı qərəzli mövqedən verilən tənqidi yazılara münasibət bildirib.

Trend-in mәlumatına görә, S.Kleq bu gün keçirilən mətbuat konfransı zamanı bildirib ki, Avropa Oyunları Əməliyyat Komitəsinin əsas işi idmanla məşğul olmaqdır.

Onun sözlərinə görə, idman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz: "Yarışların bitməsinə 5 gün qalıb. Hamı əlindən gələni edir ki, bu yarışlar dünya səviyyəli idman yarışları səviyyəsində keçirilsin. Biz idmandan kənar olan digər məsələlərə yayınmamalıyıq. Çünki bizim əsas işimiz idmandır".

S.Kleq deyib ki, Avropa Olimpiya Komitəsi, Avropanın idman federasiyaları və idmançılar da bu oyundan razılıq edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti