...

Saymon Kleq: “I Avropa Oyunlarında tamaşaçıların davamiyyəti yüksək səviyyədədir”

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 12:38 (UTC +04:00)
Ümumilikdə I Avropa Oyunlarında tamaşaçıların davamiyyəti yüksək səviyyədədir.
Saymon Kleq: “I Avropa Oyunlarında tamaşaçıların davamiyyəti yüksək səviyyədədir”

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Ümumilikdə I Avropa Oyunlarında tamaşaçıların davamiyyəti yüksək səviyyədədir. Trend-in məlumatına əsasən, bu barədə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ötən gün müxtəlif 6 arenada keçirilən yarışları 17076 tamaşaçı izləyib.

S.Kleq qeyd edib ki, iyunun 23-də I Avropa Oyunları çərçivəsində 3x3 basketbol yarışları da daxil olmaqla, bir neçə idman növü üzrə ilk yarışlar başlayıb.

Direktor həmçinin bildirib ki, ötən gün I Avropa Oyunlarına bütün əlavə biletlər satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti