...

Yol polisi iyunun 28-də Bakı yollarında hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 21:02 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi iyunun 28-də Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.
Yol polisi iyunun 28-də Bakı yollarında hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Baş Dövlət Yol Polisi İdarəsi iyunun 28-də Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar 28 iyun 2015-ci il tarixdə saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində ümumi nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ-Aeroport yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-Aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti