Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Birinci Avropa Oyunlarında boks yarışlarının növbəti mərhələsinə start verilib.
Trend-in məlumatına görə, bu gün qadın və kişi boksçular 57-60, 60, 69, 75, 91, 51-54, 60-64, 52, 64 və +91 çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.
Ölkəmizi qadınlar arasında yarımfinalda 57-60 kq çəki dərəcəsində Yana Alekseyevna, kişilər arasında yarımfinalda isə 60 kq çəki dərəcəsində Albert Səlimov, 69 kq çəki dərəcəsində Pərviz Bağırov, 75 kq çəki dərəcəsində Xaybula Musalov və 91 kq çəki dərəcəsində Abdulkadir Abdullayev təmsil edəcək.
Kişilər arasında 52 kq çəki dərəcəsində Elvin Məmişzadə və 64 kq çəki dərəcəsində Sotomayor Kollazo finalda çıxış edərək ölkəmizə qızıl medallar qazandırmağa çalışacaqlar.