...

Saymon Kleq: "Azərbaycanın Avropa Oyunlarındakı nailiyyəti bizi ruhlandırdı"

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 16:43 (UTC +04:00)
"Azərbaycanın Avropa Oyunlarındakı nailiyyəti bizi ruhlandırdı".
Saymon Kleq: "Azərbaycanın Avropa Oyunlarındakı nailiyyəti bizi ruhlandırdı"

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanın Avropa Oyunlarındakı nailiyyəti bizi ruhlandırdı".

Trend-in məlumatına görə, bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün birinci Avropa Oyunlarına həsr edilən yekun mətbuat konfransında deyib.

S.Kleq qeyd edib ki, Azərbaycanın sadiq münasibəti olmasaydı, Avropa Oyunları bu nailiyyətlə keçirilə bilməzdi: "Sizin, eyni zamanda, 12500-dən artıq könüllünüz və məşəl qoruyucularınız var idi. Onların dəstəyi olmasaydı, bu tədbiri gerçəkləşdirmək mümkün olmazdı. Açılış mərasimi möhtəşəm idi. Bu, Azərbaycanın zəhməti nəticəsində mümkün oldu. Azərbaycanda yeni məkanlar tikildi. Bu, insanlar üçün yaranan bir mirasdır".

O, əlavə edib ki, Avropa Oyunları yalnız Azərbaycan cəmiyyəti üçün deyil, bütün Avropa cəmiyyəti üçün böyük uğur oldu: "Bakı böyük rol oynadı və böyük bir yolun başlanğıcını qoydu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti