...

Azərbaycan Akademik Milli Dram Teatrında islahatlar davam etdiriləcək – nazir

Mədəniyyət Materials 22 Dekabr 2010 13:25 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatlar zəngin ənənə və tarixə söykənərək, mədəniyyət ocağının işinin səviyyəsini müasir tələblərə uyğunlaşdırılmasına yönəldilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə bildirib.
Azərbaycan Akademik Milli Dram Teatrında islahatlar davam etdiriləcək – nazir

Azərbaycan, Bakı, 22 dekabr /Trend Life, müxbir V.İmanov/           

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatlar zəngin ənənə və tarixə söykənərək, mədəniyyət ocağının işinin səviyyəsini müasir tələblərə uyğunlaşdırılmasına yönəldilib. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə bildirib.

"Dekabrın 30-dan bütün kollektiv tutduğu vəzifədən azad olunacaq, qəbul isə yeni ildən müsabiqə əsasında keçiriləcək. Bu məqsədlə nazir müavini Ədalət Vəliyevin başçılığı ilə komissiya yaradılıb. İslahatların əsas məqsədi aktyorların işinin tamaşaçılar üçün maraqlı olmasıdır, axı teatr tamaşaları onlara görə qoyulur", - nazir deyib.

Onun sözlərinə görə, əsl peşəkarların narahatlıq üçün səbəbi ola bilməz.

"İşə götürülən aktyorlarla bir il müddətinə müqavilə bağlanacaq və tələblərə uyğun olaraq, müqavilə uzadılacaq. Bu təcrübədən sonrakı illərdə də istifadə olunacaq", - Qarayev bildirib.  

Əbülfəz Qarayev qeyd edib ki, səhhətində problemlər yaranan incəsənət ustalarına nazirlik tərəfindən daim xüsusi diqqət yetirilir.

"Mən Yaşar Nuri ilə telefonla danışdım, onun səsini eşitdim və müalicənin çox yaxşı getdiyini öyrənəndə çox sevindim. Çox xoşdur ki, Səyavuş Aslan da artıq özünü yaxşı hiss edir. Vaqif İbrahimoğlunun müalicəsi Türkiyədə davam etdirilir. Aktyor İlham Əsgərovun səhhəti də yaxşılaşır. Onlar bizim milli sərvətimizdir və onların qayğısına qalmaq lazımdır", - Qarayev əlavə edib.  

Xəbər lenti

Xəbər lenti