Fotoşəkillər əlavə olunub(ilk xəbər saat 10:20-də yayılıb)
Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın məşhur müğənnisi Rüfət Mehdiyev bu gecə saat 03:00 radələrində vəfat edib. Trend-in məlumatına görə, müğənninin vəfatına səbəb beyin qansızması olub.
Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.
Bu gün əzizləri və sənət dostları Rüfəti son mənzilə yola salıblar. Mərhum Nizami rayonunda yerləşən ailə qəbristanlığında torpağa tapşırıldı.
Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində təhsilini davam etdirib. Sənətə gəlişi 1989-cu ildən hesablansa da, peşəkar səhnəyə 1992-ci ildən çıxıb. O, həm də aktyor bacarığı ilə digər həmkarlarından seçilirdi.
Allah Rəhmət Eləsin!