...

İtaliyanın Florensiya şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Mədəniyyət Materials 2 Fevral 2011 13:37 (UTC +04:00)
İtaliyanın Florensiya şəhərində azərbaycanlı rəssam Vəfa Əfəndizadənin bədii sərgisinin açılışı keçirilib.
İtaliyanın Florensiya şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir M.Əliyev/

İtaliyanın Florensiya şəhərində azərbaycanlı rəssam Vəfa Əfəndizadənin bədii sərgisinin açılışı keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən çərşənbə günü Trend-ə bildiriblər ki, sərginin təşkilatçıları İtaliyanın "Romualdo del Bianco" Fondu və Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) Beynəlxalq Elmi Komitəsinin daimi katibliyidir.

Tədbirdə İtaliyanın mədəniyyət və incəsənət xadimləri, elm dairələrinin və yerli hakimiyyət orqanlarının nümayəndələri, habelə Florensiya şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Sərginin açılışında həmçinin, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər və çıxış edərək, İtaliyanın əsas tarixi və incəsənət mərkəzlərindən biri olan Florensiya şəhərində Azərbaycan rəsmlərinin sərgisinin təşkilinə görə tədbir təşkilatçılarına və italyan ictimaiyyətinə, eləcə də rəssam Vəfa Əfəndizadəyə təşəkkürlərini bildiriblər.

Sərgi bu il fevralın 6-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti