Azərbaycan, Bakı, 6 may / Trend , müxbir V.İmanov/
Bu il mayın 10-dan 14-dək Almaniyanın Düsseldorf şəhərində "Esprit Arena"da keçiriləcək Avropanın başlıca musiqi müsabiqələrindən biri olan "Eurovision 2011"-ə hazırlıq tam şəkildə gedir. Yarımfinal iştirakçılarının ilk məşqləri keçirilib və ermənilər həmişə olduğu kimi, Azərbaycanın mədəni irsini özəlləşdirməyə çalışırlar. Bu dəfə oğurluq obyekti Azərbaycan rəqsi "Köçəri" olub.
Ermənistan KİV-i bildirir: "Ermənistan təmsilçisi Emmi haqqında danışmaqdan yorulmayacağıq. O, enerjili, şən və yaddaqalan mahnı "Boom-boom"u ifa edir. Rəqsli nömrə həm rəqqasların, həm də Emminin ifasında maraqlıdır. Xüsusi marağı "Köçəri" milli rəqsi (red.-?) ilə nümayiş doğurur. Emmi vokal şəkildə "əla" bacarır. Fon şəkli işıqlıdır, lakin təngə gətirmir, hərçənd ki, komanda nəyisə dəyişməyə qərar verə bilər. İkinci məşqdə hər şey aydın olacaq".