Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ş.Cavadsoy/
Azərbaycanın populyar estrada müğənniləri Roza Zərgərli, Sevda Yəhyayeva və Nadir Qafarzadə bu günlərdə Ağdamın Quzanlı kəndində konsert proqramı ilə çıxış ediblər. Roza Zərgərlinin məlumatına görə, konsert Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunub.
Trend-in məlumatına görə, konsert proqramı İctimai Televiziyanın təşkilatçılığı ilə hazırlanıb. Tədbirdə yerli sakinlər, bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.
Konsertdən sonra tamaşaçılar müğənnilərlə fotoşəkillər çəkdiriblər.