...

Azərbaycan təmsilçiləri "Eurovision-2011"in finalına vəsiqə qazanıblar

Mədəniyyət Materials 11 May 2011 09:59 (UTC +04:00)
Düsseldorf "Esprit Arena"da "Eurovision-2011" Mahnı Müsabiqəsinin I yarımfinalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal uğurla çıxış ediblər
Azərbaycan təmsilçiləri "Eurovision-2011"in finalına vəsiqə qazanıblar

Azərbaycan, Bakı, 11 may /Trend/

Düsseldorf "Esprit Arena"da "Eurovision-2011" Mahnı Müsabiqəsinin I yarımfinalında Azərbaycan təmsilçiləri Eldar QasımovNigar Camal uğurla çıxış ediblər.

Trend-in məlumatına görə, təmsilçilərimiz isveçli müəlliflərə məxsus olan "Running Scared" mahnısını uğurla ifa ediblər. Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində Avropa ictimaiyyəti qarşısında "El&Nikki" səhnə adı ilə Azərbaycan təmsilçiləri mayın 14-də keçirilən final mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsinin final mərhələsində 19-cu çıxış edəcəklər.

I yarımfinal başa çatdıqdan sonra finala vəsiqə qazanan 10 təmsilçinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında hər təmsilçiyə iki sual ünvanlanıb və finala vəsiqə qazanan ifaçılar bu şansı qazanmalarından xoşbəxt olduqlarını diqqətə çatdırıblar.
Məlum olub ki, Serbiya finalda 24, Litva 4, Yunanıstan 6, Azərbaycan 19, Gürcüstan 25, İsveçrə 13, Macarıstan 5, Finlandiya 1, Rusiya 10, İslandiya isə 21-ci nömrə altında çıxış edəcəklər.

Qeyd edək ki, mayın 12-də Düsseldorf "Esprit Arena"da daha 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq və yalnız 10-u bu şansı qazanacaq. Mayın 14-də isə ümumilikdə 25 ölkə təmsilçiləri birincilik uğrunda yarışacaq.

Ermənistan və Türkiyə final mərhələsinə vəsiqə qazana bilməyib.

Xəbər lenti

Xəbər lenti