...

Azərbaycanın qalibiyyəti bu axşam TRT Avaz-da nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 14 İyul 2011 16:15 (UTC +04:00)
38-ci Beynəlxalq Silifke mahnı müsabiqəsinin final konserti bu gün - 14 iyul tarixində Türkiyənin TRT Avaz telekanalında nümayiş olunacaq.
Azərbaycanın qalibiyyəti bu axşam TRT Avaz-da nümayiş olunacaq (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ş.Cavadsoy/

TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Mersin şəhərinin Silifke rayonunda keçirilmiş və Azərbaycan müğənniləri Cəlal Abbasovun birincilik, Günel Ələkbərova ilə Nurlan Əzizbəylinin isə fəxri diplomlar qazandığı türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke mahnı müsabiqəsinin final konserti bu gün - 14 iyul tarixində Türkiyənin TRT Avaz telekanalında nümayiş olunacaq.

Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycanda ancaq peyk-antenləri vasitəsilə sözügedən televiziyanın proqramlarını izləmək mümkündür. Qaliblərimizin, eləcə də digər türkdilli dövlətlərdən qatılan iştirakçıların çıxışlarına tamaşa etmək arzusunda olan oxucularımız, internet vasitəsilə də "Silifke Mavi Xərçəng Festivalı"ndan hazırlanan proqramı seyr edə bilərlər. Bunun üçün internet istifadəçiləri Bakı vaxtı ilə saat 22:35-də www.trt.net.tr/trtavaz/ saytında əsas səhifədəki "Canlı" bölməsinə daxil ola bilərlər.

Xəbər lenti

Xəbər lenti