...

"Toy olsun" verilişinin aparıcısı öz toyundan danışdı

Mədəniyyət Materials 3 Avqust 2011 13:03 (UTC +04:00)
"Toy olsun" evlilik şousunun teleaparıcılarından biri Ulvira Qarayevanın ərə getməsi haqqında xəbərlər yayılıb.
"Toy olsun" verilişinin aparıcısı öz toyundan danışdı

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Teleməkanın populyar simalarından olan, ANS TV-də hazırda təkrarları yayımlanan "Toy olsun" evlilik şousunun teleaparıcılarından biri Ulvira Qarayevanın ərə getməsi haqqında xəbərlər yayılıb. Bir qız anası olan Ulviranın Ramazan ayından əvvəl yaşda özündən böyük olan kişi ilə nikaha girdiyi hətta "Facebook" sosial şəbəkəsində də istifadəçilər arasında müzakirə mövzusuna çevrilib. Ərə getməsi haqqında Trend-ə danışan Qarayeva yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirdi.

"Başa düşə bilmirəm ki, kimlər bu tip şayiələri yayır. Hətta hansı gözəllik salonunda gəlin kimi bəzəndiyim, toyumda ifa edən musiqiçilərin kimliyi barədə də "inandırıcı" söz-söhbətlər qulağıma çatır. Ayıb olsun uydurma məlumatlar yayanlara! Birincisi, ərə getməmişəm. İkincisi də lap növbəti dəfə ailə qurmuşam. Bundan kimə nə? Şəxsi həyatımla bağlı danışmaq məcburiyyətində deyiləm, axı. Bəzi insanlar niyə sözbazlığa meyillidirlər, bunu başa düşməkdə çətinlik çəkirəm", - Ulvira hiddət dolu açıqlamasında belə dedi.

Söhbətimiz zamanı teleaparıcı bildirdi ki, yeni televiziya mövsümündə tamaşaçıların görüşünə fərqli layihə ilə gəlməkdən ötrü isti yay günlərində istirahət etməyi belə unudub. Amma verilişin hansı formatda olacağı barədə indidən danışmağı lazım bilmədi.

Xəbər lenti

Xəbər lenti