...

Xərçəngə qalib gələn Coşqun Rəhimov plastik əməliyyata hazırlaşır (FOTO)

Mədəniyyət Materials 10 Sentyabr 2011 13:35 (UTC +04:00)
Boğazında arzuolunmaz xərçəngdən əməliyyat olunan tanınmış aktyor, "Bu şəhərdə"nin əsas simalarından biri Coşqun Rəhimov yenidən cərrahiyyə əməliyyatı keçirəcək.
Xərçəngə qalib gələn Coşqun Rəhimov plastik əməliyyata hazırlaşır (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Boğazında arzuolunmaz xərçəngdən əməliyyat olunan tanınmış aktyor, "Bu şəhərdə"nin əsas simalarından biri Coşqun Rəhimov yenidən cərrahiyyə əməliyyatı keçirəcək. Trend-ə səhhəti ilə bağlı məlumat verən aktyor özünü yaxşı hiss etdiyini, cidd-cəhdlə konsert hazırlıqlarını davam etdirdiyini dedi.

"Böyük həvəslə ssenarilər üzrə məşq edib səhnəciklər üzərində işləyirik. Maşallah, özümü çox yaxşı hiss edirəm. Boğazıma gəldikdə isə, mütəmadı olaraq həkim nəzarətindən keçirəm. Gördüyünüz kimi, sarğılardan da imtina etmişəm. Əməliyyatdan sonra qoyulmuş tikişlər də məni narahat etmir. Bəlkə də kişi olmağın özəlliklərindən biridir ki, komplekslərdən çox uzağam. Sərbəst şəkildə gəzib-dolaşıram. Amma fikrim var ki, Heydər Əliyev adına Sarayda Rafael İsgəndərovla birlikdə verəcəyimiz silsilə konsertlərdən sonra yenidən Türkiyəyə yollanıb tikişlərin izini plastik əməliyyatla itirim", - Coşqun belə dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti