...

Frederik Mitteran: Azərbaycanın memarlıq sahəsindəki zövqü bu gün tam olaraq beynəlxalq səviyyəyə uyğundur

Mədəniyyət Materials 10 Mart 2012 11:00 (UTC +04:00)
Azərbaycanın memarlıq sahəsindəki zövqü bu gün tam olaraq beynəlxalq səviyyəyə uyğundur.
Frederik Mitteran: Azərbaycanın memarlıq sahəsindəki zövqü bu gün tam olaraq beynəlxalq səviyyəyə uyğundur

Azərbaycan, Bakı, 10 mart/ Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın memarlıq sahəsindəki zövqü bu gün tam olaraq beynəlxalq səviyyəyə uyğundur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bildirib. Fransız nazir bu fikrə Bakının bir sıra tikililərini seyr etdikdən sonra gəlib.

Mitteran deyib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər ona çox böyük təəssüratlar bağışlayıb.

Azərbaycanda dünəndən səfərdə olduğunu xatırladan Fransız nazir Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdiyini, Prezident İlham Əliyevlə görüşdüyünü, Bakı şəhəri ilə tanış olduğunu bildirib.

Mitteranla görüşdə Qarayev deyib ki, Azərbaycanla Fransa arasında çox geniş mədəni əlaqələr var. O qeyd edib ki, Azərbaycan Prezidentinin Fransaya səfəri zamanı mədəniyyət sahəsində bir çox sənədlər imzalanıb.

"Uzun illər Azərbaycan mədəniyyətinin müxtəlif təqdimatları Fransa paytaxtında keçirilib", - nazir deyib.

Qarayev bildirib ki, Azərbaycan və Fransa arasında musiqi sahəsində də çox geniş əlaqələr var.

"Azərbaycanda keçirilən müasir musiqi festivalında Fransa kollektivləri də iştirak edir", - nazir vurğulayıb.

Qarayev deyib ki, Azərbaycan və Fransa artıq kino sahəsində də əməkdaşlığa başlayıblar. Bu əməkdaşlığı davam etdirmək istədiklərini deyən azərbaycanlı nazir bildirib ki, iki ölkənin kitabxanaları arasında mübadiləni genişləndirməyi də arzulayırlar. Qarayev Azərbaycan Dövlət İncəsənət Muzeyində "Fransa inciləri" sərgisinin keçirilməsini də əməkdaşlığın genişlənməsi üçün mühüm sayıb.

Xəbər lenti

Xəbər lenti