...

Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti uğurla keçib (FOTO)

Mədəniyyət Materials 6 Aprel 2012 15:26 (UTC +04:00)
Nyu-Yorkda Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın ikigünlük konserti uğurla keçib.
Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti uğurla keçib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir V.İmanov/

Nyu-Yorkda Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın ikigünlük konserti uğurla keçib.

Trend-in məlumatına görə, əfsanəvi ifaçı konsertlərin hər birində dörd saat ərzində amerikalıları və ABŞ-da yaşayan azərbaycanlıları öz çıxışları ilə sevindirib. On iki nəfərdən ibarət ansamblın müşayiəti ilə təkcə Azərbaycanın xalq mahnıları və muğam kompozisiyaları deyil, həm də dünya xalqlarının mahnıları təqdim edilib.

"Konsertlər valehedici uğurla keçdi. Tamaşaçılar Zeynəb Xanlarovanı səhnədən buraxmaq istəmirdilər. O, dörd saat ərzində canlı olaraq həm Azərbaycan dilində, həm də gürcü, özbək, bolqar və başqa dillərində mahnılar ifa etdi. Onun hər bir çıxışının tamaşaçıların alqışları ilə necə qarşılandığını görmək lazım idi, hamı onunla şəkil çəkdirmək, ondan avtoqraf almaq, incəsənətimizin əfasənəsi ilə görüşmək istəyirdi. Məndə ən fantastik təəssüratlar qalıb. Ömrümdə heç vaxt beləsini görməmişdin", - konsertin iştirakçısı, skripkaçı Səlim Abbasov Trend-ə məlumat verib.

Səlimin sözlərinə görə, konsertlərdə Türkiyədən, İrandan, Asiya ölkələrindən çoxlu qonaqlar var idi. Konsertlər martın 30-da və aprelin 1-də keçirilib.

Fotolar məşhur fotoqraf, bakılı, hazırda Nyu-Yorkda yaşayan Lev Şvarts tərəfindən təqdim olunub.

Xəbər lenti

Xəbər lenti