...

Bakıda möhtəşəm caz konserti keçiriləcək

Mədəniyyət Materials 3 Sentyabr 2012 18:14 (UTC +04:00)
Sentyabrın 22-də Bakı Caz Mərkəzinin səhnəsində tanınmış caz musiqiçilərinin iştirakı ilə yeni mövsümün açılışına həsr olunmuş qala konsert keçiriləcək.
Bakıda möhtəşəm caz konserti keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Sentyabrın 22-də Bakı Caz Mərkəzinin səhnəsində tanınmış caz musiqiçilərinin iştirakı ilə yeni mövsümün açılışına həsr olunmuş qala konsert keçiriləcək.

Trend Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir ki, konsert proqramında Azərbaycanın əməkdar artistləri İsfar Sarabski, Emil Əfrasiyab, Rəin Sultanov, əməkdar incəsənət xadimi Cəmil Əmirov, əməkdar aktrisa Sevda Ələkbərzadə, populyar müğənnilər Elmira Ələkbərzadə, Samirə Allahverdi, Günel Qurbanova, eləcə bir çox başqa müğənnilər və caz musiqiçiləri iştirak edəcəklər.

Gecənin aparıcısı Rahib Azəridir.

Xəbər lenti

Xəbər lenti