...

Göyçayda Nar bayramı (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2012 16:36 (UTC +04:00)
Bu gün Azərbaycanın Göyçay rayonunda ənənəvi Nar bayramı festivalının açılışı olub.
Göyçayda Nar bayramı (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir V.İmanov/

Bu gün Azərbaycanın Göyçay rayonunda ənənəvi Nar bayramı festivalının açılışı olub.

Trend-in məlumatına görə, bayram tədbirində Türkiyə, Gürcüstan, Rumıniya, İtaliya, Rusiya və digər ölkələrdən gəlmiş qonaqlar, miilət vəkilləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, tanınmış elm və incəsənət adamları, KİV nümayəndələri iştirak edirlər.

Mərasimdə qeyd olunub ki, 7-ci dəfə keçirilən Nar bayramı rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və satış şəbəkəsinin genişlənməsinə səbəb olub. Hazırda rayonda 67 növ nar yetişdirilir. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsi 3 dəfə artırılaraq 3420 hektara çatdırılıb.

Tədbir iştirakçıları nar sərgisində rayonun kəndlərində narçılıqla məşğul olanların yetişdirdiyi müxtəlif növ nardan hazırlanan məhsulların dadına baxıblar, yerli müəssisələrdə istehsal edilən şirələrin keyfiyyəti ilə maraqlanıblar.

Bayram tədbiri Azərbaycan və Türkiyənin tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, Nar bayramı ilk dəfə olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 2006-cı il noyabrın 3-də Göyçay rayonunda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti