...

Əlyazmalar İnstitutunun yeni nəşri işıq üzü görüb

Mədəniyyət Materials 8 Noyabr 2012 15:09 (UTC +04:00)
İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, filologiya elmləri oktoru, professor Azadə Musabəylinin "Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı" adlı 2 cildlik kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.
Əlyazmalar İnstitutunun yeni nəşri işıq üzü görüb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yeni nəşri işıq üzü görüb.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, filologiya elmləri oktoru, professor Azadə Musabəylinin "Şeyx İbrahim Gülşəni Bərdəi və türk divanı" adlı 2 cildlik kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.

Kitaba XVI əsr Azərbaycan təsəvvüf poeziyasının görkəmli nümayəndəsi Şeyx İbrahim Gülşəni Bərdəinin həyat və yaradıcılığı haqqında tədqiqat, onun türkcə divanının mətni daxil edilib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti