...

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir

Mədəniyyət Materials 14 Noyabr 2012 16:37 (UTC +04:00)
Noyabrın 15-də saat 17:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat konfransı keçiriləcək.
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 15-də saat 17:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat konfransı keçiriləcək.

Trend Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumat verir ki, sözügedən teatrın yaradıcı heyətinin iştirakı ilə gerçəkləşəcək konfransın əsas məqsədi Bakıda baş tutacaq qastrol səfəridir. Belə ki, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabrın 15-16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol tamaşası ilə çıxış edəcək.

Konfransda hər iki teatrın direktorları çıxış edərək, qastrol səfərlərinin ölkə teatrları və teatr mütəxəssisləri arasında yaradıcılıq mübadiləsi üçün əhəmiyyətindən danışacaqlar.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının Eduard Uspenskinin "Dyadya Fyodor, pyos i kot" tamaşası noyabr ayının 15-16-da saat 12:00 və 15:00-da nümayiş etdiriləcək. Nağıl janrında olan ikihissəli tamaşanın rejissoru A.Radoçinski, rəssamı V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Səhnə əsərində rolları Sobolyev Kirill, Sneqiryeva Yekaterina, Romaşkina Yelena, Pşeniçnıy Yevgeniy, Petruxin İqor, Maksakova Anna, Juravlyev Stanislav, Aşayev Yuriy və başqaları ifa edəcəklər.

İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən, gələn il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan şəhərinə qastrol səfəri edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti