...

Milli İncəsənət Muzeyinin keçid korpusunun tikintisi yekunlaşır (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2012 15:18 (UTC +04:00)
Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov çərşənbə günü jurnalistlərə deyib ki, korpusun binasının tikintisinə 2011-ci ilin may ayında başlanılıb.
Milli İncəsənət Muzeyinin keçid korpusunun tikintisi yekunlaşır (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli İncəsənət Muzeyinin keçid korpusu binasının tikintisi yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov çərşənbə günü jurnalistlərə deyib ki, korpusun binasının tikintisinə 2011-ci ilin may ayında başlanılıb. Binanın tikintisi Müdiriyyətin sifarişi əsasında həyata keçirilib. Keçid korpusu Muzeyin mövcud 9 və 11 nömrəli binalarına mərkəzləşmiş giriş yaratmaq məqsədilə tikilib. Keçid korpusunun binası 6 mərtəbəlidir.

Korpusun tikintisində Avstriya, İsveç, Türkiyə, Finlandiya və digər inkişaf etmiş ölkələrin istehsalı etdiyi ən müasir material və avadanlıqlardan istifadə edilib və istehsalçı ölkələrin mütəxəssisləri tərəfindən quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti