...

Xalça Muzeyinin açılış tarixi məlum oldu

Mədəniyyət Materials 7 Dekabr 2012 15:36 (UTC +04:00)
Bakıda Milli Parkda tikilən Xalça Muzeyi dekabrın 22-də istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov jurnalistlərə bildirib.
Xalça Muzeyinin açılış tarixi məlum oldu

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda Milli Parkda tikilən Xalça Muzeyi dekabrın 22-də istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, muzey müasir dünya tələblərinə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub.

Qurbanov deyib ki, yeni Xalça Muzeyinin istifadəyə verilməsinin əsas məqsədi YUNESKO-nun mədəni irsi siyahısına düşən Azərbaycan xalçasının təbliğidir.

"Azərbaycan xalçasının dünya miqyasında xüsusi yeri var və biz bu muzey vasitəsilə xalçalarımızı nümayiş etdirəcəyik", - o deyib.

Aparat rəhbəri bildirib ki, burada ən qədim xalça növlərindən müasir xalçalara qədər nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti