...

İyulun 24-də V Qəbələ Beynəlxalq Musiqi festivalı başlayır

Mədəniyyət Materials 15 İyul 2013 17:29 (UTC +04:00)
24 iyul - 6 avqust tarixlərində Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi V Qəbələ Beynəlxalq Musiqi festivalı keçiriləcək.
İyulun 24-də V Qəbələ Beynəlxalq Musiqi festivalı başlayır

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

24 iyul - 6 avqust tarixlərində Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi V Qəbələ Beynəlxalq Musiqi festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, son illər Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırıb. YUNESKO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş beynəlxalq muğam festivalları böyük maraqla qarşılanaraq dünyada geniş əks-səda doğurub.

Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Aleksandr Solovyov, Hee Youn Choue, Mixail Qutman və başqaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti