...

Valeri Meladze Bakıda iki gün konsert verəcək

Mədəniyyət Materials 12 Sentyabr 2013 13:02 (UTC +04:00)
Bu ilin payızında Bakıda populyar rus sənətçisi, Rusiyanın əməkdar artisti Valeri Meladzenin konserti keçiriləcək.
Valeri Meladze Bakıda iki gün konsert verəcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Bu ilin payızında Bakıda populyar rus sənətçisi, Rusiyanın əməkdar artisti Valeri Meladzenin konserti keçiriləcək.

Trend-in məlumatına görə, özünəməxsus ifaçılıq qabiliyyətinə, qeyri-adi səs tembri və diapazonuna malik, temperamentli sənətçi obrazını yaradan "sonuncu romantik" Valeri Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir.

Satışa çıxarıldığı qısa müddət ərzində konsertin biletlərinin əksəriyyətinin satılması göstərdi ki, Valeri Meladze Azərbaycan tamaşaçıları tərəfindən də çox sevilir. Konsertə olan böyük tamaşaçı marağını nəzərə alaraq, təşkilatçılar daha bir gün əlavə edib. Beləliklə, Valeri Meladzenin Bakı konserti 18, 19 noyabr tarixlərində saat 20.00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Valeri Meladzenin "20 məhəbbət hekayəsi" adlı konsertinin proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir. Konsertin biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Biletləri online şəkildə də sifariş etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti