...

"Eurovision 2014" mahnı müsabiqəsinə akkreditasiya başlayır

Mədəniyyət Materials 16 Yanvar 2014 10:51 (UTC +04:00)
Yanvarın 21-dən “Eurovision 2014” mahnı müsabiqəsinə akkreditasiyaya start veriləcək.
"Eurovision 2014" mahnı müsabiqəsinə akkreditasiya başlayır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Yanvarın 21-dən "Eurovision 2014" mahnı müsabiqəsinə akkreditasiyaya start veriləcək.

Trend "Eurovision 2014" mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, akkreditasiya "Eurovision Family Accreditation System" vasitəsilə həyata keçiriləcək.

Yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.

Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision 2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti