...

"Univiziya" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin çıxış ardıçıllığı müəyyən edilib (FOTO)

Mədəniyyət Materials 19 May 2014 16:39 (UTC +04:00)
Mayın 21-də Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan "Birinci ol" şüarı altında "Univiziya" tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.
"Univiziya" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin çıxış ardıçıllığı müəyyən edilib (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 21-də Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan "Birinci ol" şüarı altında "Univiziya" tələbələrin II Beynəlxalq mahnı müsabiqəsinə start veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq 2-ci dəfədir ki, ölkəmizdə baş tutan beynəlxalq yarışın hazırlıq işlərində "Eurovision" yarışmasında böyük təcrübəyə malik ukraynalı mütəxəssislər çalışırlar.

Azərbaycan da daxil olmaqla Avropa və Asiyanın 21 ölkəsini özündə birləşdirən beynəlxalq müsabiqədə Azərbaycanı "Univiziya" tələbələrin III mahnı müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.

"Univiziya" tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə - Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Qazaxıstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan və Azərbaycanın tələbə ifaçı və münsifləri iştirak edəcək.

Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 və 12 bal verəcəklər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6 min avro təşkil edir.

Qeyd edək ki, 2013-cü ilin 21 iyun tarixdə ölkəmizdə ilk dəfə keçirilmiş "Univiziya" tələbələrin I Beynəlxalq mahnı müsabiqəsində Rusiya, Belarus, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Estoniya, Yunanıstan, Albaniya, Azərbaycan, İndoneziya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə, Pakistan, Meksika və Braziliyanın 20 təhsil müəssisəsinin bakalavr və magistr pillələrində təhsil alan 61 tələbə ifaçı və jüri iştirak edib.

II Beynəlxalq "Univiziya" tələbə mahnı müsabiqəsində iştirak edən ölkələrin çıxış ardıcıllığı belə olacaq:

1. Braziliya

2. Serbiya

3. Yunanıstan

4. Vyetnam

5. Rusiya

6. Pakistan

7. Argentina

8. Azərbaycan

9. Estoniya

10. İordaniya

11. Macarıstan

12. Moldova

13. Fransa

14. Xorvatiya

15. Ukrayna

16. Belarus

17. Şri-Lanka

18. İndoneziya

19. Qırğızıstan

20. Albaniya

21. Qazaxıstan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti