...

Ermənistan "Eurovision-2015" mahnısının adını dəyişdi

Mədəniyyət Materials 17 Mart 2015 15:24 (UTC +04:00)
Ermənistan "Eurovision-2015" mahnı müsabiqəsində təqdim edəcəyi mahnının adını dəyişib.
Ermənistan "Eurovision-2015" mahnısının adını dəyişdi

Azərbaycan, Bakı, 17 mart /Trend/

Ermənistan "Eurovision-2015" mahnı müsabiqəsində təqdim edəcəyi mahnının adını dəyişib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, mahnının adı "Don't Deny"dən "Face The Shadow"a dəyişdirilib.

"Don't Deny" adı qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə həsr edimiş tədbirlərlə assosiasiya edilirdi. Hərçənd müəlliflər iddia edirdilər ki, mahnıda heç bir siyasi məzmun yoxdur.

Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsi Vyanada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti