...

"Vətən uğrunda!" mahnı müsabiqəsinin ikinci turu keçirilib (FOTO)

Mədəniyyət Materials 7 May 2015 20:09 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin II seçim turu baş tutub.
"Vətən uğrunda!" mahnı müsabiqəsinin ikinci turu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin II seçim turu baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhəboyu rayonları əhatə edən müsabiqənin seçim turlarında 18-35 yaş arası olan hərbi qulluqçularla yanaşı mülki şəxslər də iştirak edərək öz istedad və bacarıqlarını uğurla nümayiş etdiriblər. Müsabiqə iştirakçıların hər birinin ifası respublikanın əməkdar artistləri Azərin və İlqar Muradov tərəfindən qiymətləndirilib.

Müsabiqəyə 26 İyun - Silahlı Qüvvələr Günü yekun vurulacaq. Həmin gün qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim ediləcək və mükafata layiq görülən ifaçıların iştirakı ilə konsert proqramı təşkil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti