...

"Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatdı (FOTO)

Mədəniyyət Materials 22 May 2015 02:26 (UTC +04:00)
Mayın 22-si Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
"Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Mayın 22-si Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Trend-in məlumatında görə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" balladası ilə çıxış edib.

Balladanın müəllifləri İsveçli Nikolas Rebşer, Niklas Lif, Lina Xanson və Sandra Byurmandır.

Müsabiqənin ikinci yarımfinalında 17 ölkə iştirak edib. Bunlar Litva, İrlandiya, San-Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çexiya, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa olub.

Qeyd edək ki, finala yalnız 10 ölkə keçib: Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Monteneqro, Kipr, Azərbaycan, Latviya və İsrail.

Sayca 60-cı olan "Eurovision-2015" mahnı müsabiqəsinin final mərhələsi mayın 23-ü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti