...

Saday Budaqlının "Yolüstü söhbət" kitabı çapdan çıxdı (FOTO)

Mədəniyyət Materials 11 Noyabr 2015 15:31 (UTC +04:00)
Tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının “Yolüstü söhbət” kitabı çapdan çıxdı.
Saday Budaqlının "Yolüstü söhbət" kitabı çapdan çıxdı (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının 60 yaşı münasibətilə nasirin "Yolüstü söhbət" kitabını nəşr edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitaba yazıçının "Zədə" romanı, povestləri, 1990 və 2000-ci illərdə yazdığı hekayələri toplanıb.

S.Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 1990-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan "Uduş" kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb.
Moskvanın "Nedelya" həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mukafatını qazanıb.

2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.

Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.

"Yolüstü söhbət" S.Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti