...

"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı

Mədəniyyət Materials 29 Dekabr 2015 15:15 (UTC +04:00)
I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi"nin qalibi "Mənsur Həllac" pyesi jurnalın bu sayında
"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı

Bakı. Trend:

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (4/2015) sayı nəşr olunub. Bu barədə Trend-ə Tərcümə Mərkəzindən məlumat verilib.

Jurnalın bu sayında:

* "Nobel kürsüsü" rubrikasında - 2015-ci ilin ədəbiyyat üzrə nobelçisi Svetlana Aleksiyeviçin Nobel nitqi və "Tabut oğlanlar" hekayəsi;
* "Azərbaycan ədəbiyyatı" rubrikasında A. Məsudun "Mənsur Həllac" pyesi;
* "Bəşəri poeziya" rubrikasında Oktavio Pasın şeirləri və müsahibəsi;
* "Məktublar" rubrikasında Tomas Vulfun məktubları;
* "Klassik hekayələr" rubrikasında Adolfo Kasaresin "Qəbri necə qazmalı" hekayəsi;
* "Latın Amerikası poeziyası" rubrikasında Kolumbiya şairlərinin şeirləri;
* "Esse" rubrikasında Uiston Hyu Odenin "Mən"i olmayan adam" essesi;
* "Yaddaş" rubrikasında İbn Fədlanın "Səyahətnamə"-si;
* "İspan modernizmi" rubrikasında Antonio Maçadonun şeirləri;
* "100 il" rubrikasında Haldun Tanərin "Kəşanlı Əli dastanı" pyesi və digər maraqlı yazılar təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti