...

"Anarın şəxsiyyətindəki bütövlük..."

Mədəniyyət Materials 11 Mart 2016 16:01 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, dramaturq, kino ssenarist, tərcüməçi, şair Anarın doğum günü Gəncə yazıçıları tərəfindən böyük məhəbbətlə anıldı.
"Anarın şəxsiyyətindəki bütövlük..."

Bakı-Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, dramaturq, kino ssenarist, tərcüməçi, şair Anarın doğum günü Gəncə yazıçıları tərəfindən böyük məhəbbətlə anıldı.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Xəzəngül söylədi ki, Anar Azərbaycan ədəbiyyatı tarixində elə bir mövqeli iz qoymuşdu ki, insan bu tarixə, bu yola baxdıqca, onun yaradıcılıq küllüyatına nəzər saldıqca heyrət içində belə bir düha sahibinin sonsuz yaradıcılıq yoluna ilahinin ona bəxş etdiyi əta kimi baxır: "Bütün bu dediklərimdən başqa Anarın şəxsiyyətindəki bütövlük, səbr və təmkin heç vaxt özünü təbliğ etməyən xarakteri, onu qeyri-adi bir insan, iç dünyasının bizə məlum olmayan böyük bir sirrlə dolu olduğuna heyrət edirsən. Məhz buna görə də xalqın məhəbbətini qazanan Anar dövlət tərəfindən ən böyük titullara layiq görülmüşdür".

Sonra Anar haqqında ürək sözlərini Aləmzər Əlizadə belə vurğuladı: "Anarın əsərlərini armud çiçəyinin ətrinə bənzədirəm. Bu ətir başqa ağacların çiçəklərinin ətrindən lap uzaqdan belə seçilir. Bu gözəl ətrin qoxusu xarici ölkələrdə də duyulur və onun əsərləri həmin ölkələrdə sevilə-sevilə oxunur".

Yazarlardan Ramiz Təmkin, Fazil Sənan, Fərruxə Umarova, Banu Qarayeva, Bayram Göyçəli, Nadir Ovçu, İmamverdi Məmmədov, Oruc Göyçəli, Zahir Şirani yazıçı haqqında fikir və mülahizələrini söylədilər, ona həsr etdikləri şeirlərini oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti