...

ARTIM Layihə Məkanında unudulmaz sərgi...

Mədəniyyət Materials 11 Aprel 2016 14:04 (UTC +04:00)
ARTIM Layihə Məkanı Sizi YARAT Rezident proqramının iştirakçıları Lük Börton (Böyük Britaniya), Vaciko Çaçxiani (Gürcüstan), Qvantsa Cişkariani (Gürcüstan), Elturan Məmmədov (Azərbaycan) və Zamir Süleymanovun (Azərbaycan) yekun sərgisinin açılışına dəvət edir.
ARTIM Layihə Məkanında unudulmaz sərgi...

Bakı. Trend:

ARTIM Layihə Məkanı Sizi YARAT Rezident proqramının iştirakçıları Lük Börton (Böyük Britaniya), Vaciko Çaçxiani (Gürcüstan), Qvantsa Cişkariani (Gürcüstan), Elturan Məmmədov (Azərbaycan) və Zamir Süleymanovun (Azərbaycan) yekun sərgisinin açılışına dəvət edir.

Rezidentlər YARAT Emalatxanalarında yeni əsərlər yaratmaq və ARTIM Layihə Məkanında fərdi sərgilərini keçirilməsi üçün YARAT Müasir İncəsənət Məkanı tərəfindən dəstəklənmişdir.

Lük Börtonun "Fəvvarə araşdırmaları üçün çiy layihələr" sərgisi şəhərdə mövcud olan tarixi dekor modelləri tədqiq edir və onların yeni urbanistik mühitdə istifadə olunma yollarını araşdırır.

Vaciko Çaçxianinin "Ən son tutuna biləcəyim - nəzakətli sözlərindir" adlı sərgisi "mövcudluq və yoxluq" ideyası üzərində yaradılmış əsərlərdən ibarətdir.

Qvantsa Cişkariani "Saxta mallar" sərgisini təqdim edir. Rəssamın ilham pərisi "kitç" sayağı bəsitliyə gətirilib çıxarılmış kütləvi mədəniyyətdir.

Elturan Məmmədov "Çobanın yuxusunda" Rusiya və Türkiyənin Azərbaycan mədəniyyətinə olan təsirlərini tədqiq edir.

Zamir Süleymanovun "Ağır sözlər" sərgisi Azərbaycan cəmiyyətinin mühüm və aktual problemlərindən bəhs edir.

YARAT REZİDENTURA PROQRAMI müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz işlərini YARAT Emalatxanalarında hazırlamağa və ARTIM Layihə Məkanında sərgilənməyə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti