...

“Baku Etno Concerts” layihəsi çərçivəsində Muğam Mərkəzində konsertlər keçiriləcək

Mədəniyyət Materials 13 May 2016 09:34 (UTC +04:00)
“Baku Etno Concerts” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində 13 may tarixində Azərbaycan – İtaliya etnik musiqisinin konserti (19:00) və 26 may tarixində Azərbaycan - İspaniya etnik musiqisinin konserti (19:00) keçiriləcək. Konsertlərdə Azərbaycanlı və xarici musiqiçilərin iştirakı nəzərdə tutulur.
“Baku Etno Concerts” layihəsi çərçivəsində Muğam Mərkəzində konsertlər keçiriləcək

Bakı. Trend:

"Baku Etno Concerts" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində 13 may tarixində Azərbaycan - İtaliya etnik musiqisinin konserti (19:00) və 26 may tarixində Azərbaycan - İspaniya etnik musiqisinin konserti (19:00) keçiriləcək. Konsertlərdə Azərbaycanlı və xarici musiqiçilərin iştirakı nəzərdə tutulur.

Həmçinin 14 may tarixində "Muğam axşamı" adlı konsert keçiriləcəkdir (19:00). Solistlər Əməkdar artist Babək Niftəliyev, Mirələm Mirələmov, Nigar Şabanovadır. Müşayiət edir "Buta" instrumental ansamblı, bədiii rəhbər tarzən Rövşən Qurbanov.

16 may tarixində saat 18:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "Muğam aləminə səyahət" adlı konserti keçiriləcəkdir. İfa edirlər "Muğam sənəti" kafedrasının müəllimi, əməkdar artist Nuriyyə Hüseynova və "Muğam sənəti" kafedrasının tələbələri. Müşayiət edirlər ADMİU-nun xalq çalğı alətləri ansamblı.

20 may tarixində saat 20:00-da isə Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Mədəniyyət günləri çərçivəsində Silver City Bound adlı qrupun konserti keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti