...

Xəzər TV-nin hansı müxbiri vampir çıxdı? (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2016 13:02 (UTC +04:00)
Oktyabrın 30-da “Oyan Azərbaycan” verilisinin aparıcısı Firuzə Cəlilova tamaşaçıları qorxuya saldı.
Xəzər TV-nin hansı müxbiri vampir çıxdı?  (FOTO)

Bakı. Trend:

Oktyabrın 30-da “Oyan Azərbaycan” verilisinin aparıcısı Firuzə Cəlilova tamaşaçıları qorxuya saldı. Proqramın heyəti seyrçilərə bu dəfə fərqli və vahiməli obrazlarda təqdim olundu. Rəngarəng kostyumlarla Xəzər Media Mərkəzini dolaşan jurnalistlər kanalın bir çox aparıcılarını hədəfə alaraq, əməlli-başlı qorxutdular.

Hellouin-Ifritlər gecəsi üçün özəl hazırlanmış bu qeyri-adi dəstənin qrimi tanınmış stilist Delyaya aiddir. O hər kəsin üz cizglərinə, fiziki göstəricilərinə uyğun olaraq, əməkdaşlara obraz seçməkdə yardım etdi.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti