...

Beynəlxalq Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 16 İyun 2017 19:44 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub.
Beynəlxalq Muğam Mərkəzində Qurtuluş gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş Niyazi adına Uşaq Musiqi məktəbinin şagirdlərinin möhtəşəm çıxışı baş tutub.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib.

Tədbir zamanı məktəbin şagird və müəllim heyəti maraqlı və rəngarəng proqramla çıxış ediblər. Şagirdlərin ifasında V.Adıgözəlovun “Lay-lay”, “Qərənfil”, S.Raxmaninovun “Rapsodiya”, H.Rzayevin “Çahargah” rapsodiyası, T.Quliyevin “Marş”, “Bağçamız”,”Gəzinti”, M.Maqomayevin “Odlar yurdu”, Q.Forenin “Apres un reve”, Y.Doqanın “Vals”, E.Qriqin “Vals”, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və digər unudulmaz əsərlər səslənib.

Konsertdə tamaşaçılar qarşısında məktəbin şagirdləri Ayla Qaracayeva, Fərid İslamlı, Samir Pənahov, Eldar Bayramov, Amin Məhərrəmzadə, Zərifə Alxazova, Ağaşirin Həsənov, Kamil Mikayılov, Fəqan Həsənli, Nərmin Quliyev, Sevil Kəngərli, Rövşən Zülfüqarov, Xanim Kərimova və “İncilər” violençel ansamblı çıxış ediblər.

İfalar piano, tar, kamança, skripka və digər musiqi alətlərinin müşayiəti ilə səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti