...

Opera və Balet Teatrında “Traviata”nın tamaşası keçiriləcək

Mədəniyyət Materials 2 Oktyabr 2017 20:35 (UTC +04:00)
Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.
Opera və Balet Teatrında “Traviata”nın tamaşası keçiriləcək

Bakı. Trend:

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaratmışdı.

Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada Teatrın aparıcı solistləri - əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti