...

Aparıcı “Ümumdünya qaynanalar” gününü qeyd etdi (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2017 02:39 (UTC +04:00)
Şənbə günü Oyan Azərbaycanda aparıcı Firuzə Cəlilova İngiltərə alma gününü qeyd etdi.
Aparıcı “Ümumdünya qaynanalar” gününü qeyd etdi (FOTO)

Bakı. Trend:

Şənbə günü Oyan Azərbaycanda aparıcı Firuzə Cəlilova İngiltərə alma gününü qeyd etdi. Bayramın məqsədi təbiətin müxtəlifliyini və zənginliyini göstərməkdir.

Bu bayramda İngiltərədə alma festivalı keçirilir və almanın xeyri izah olunur. Proqramın qonağı florist Səadət Abdullayeva studiyada müxtəlif növ almalardan hazırladığı alma buketini Firuzə Cəlilovaya hədiyyə etdi.

Verilişin növbəti qonağı ABŞ-da təhsil alan, hal hazırda kardiologiya üzrə təcrübə keçən azərbaycanlı gənc Həsən İmanlı isə gənclərə ali təhsillə kifayətlənməməyi və beynəlxalq təcrübələrdən yararlanmağı məsləhət gördü.

Biş-düş edən Həmid Mahmudov isə qablarını yarışan müxbirlər Tapdıq Zamanlıya və Kafiyə Orucovaya yudurtdu. Müxbir Səid Qurbanov isə uzun illər arzuladığı klipini nəhayət ki, çəkdi. Komediya üslubunda olan klipdə Rihannanın obrazı yaradılaraq ona klip çəkilib. Fiziki məhdudiyyətli müxbir Orxan Əliyev isə Bakıda keçirilən Boççiya yarışı haqda məlumat verdi. Kəndçi rubrikasını edən Heydər Rəsulzadə bu dəfə “Arxadan vurulan zərbə” filmi çəkilən bazardan reportaj təqdim etdi. Bir gün öncə qeyd olunan “Aşpazlar günü”nü qeyd edən Fira Cəlilovanın qonağı Xəzər TV-nin məşhur aşpazı Ağakərim Əbülfəzoğlu oldu. Ağakərimin Gülnar Məmmədovaya tramisunu aparıcı yerə dağıtdı. “Oyan Azərbaycan”da “Dedi-qodu” rubrikasını edənlər isə bu dəfə aşpaz Ağakərimin qeybətini etdilər. Efir günü “Amerika şirniyyat günü”nə də təsadüf etdiyi üçün Firuzə Cəlilova bu günə də biganə qalmadı. Bu əlamətdar gün Klivlenddə yaranıb. 1922-ci ildə Qerbert adlı fabrik işçisi öz iş yoldaşlarını və şəhər sakinlərini toplayaraq kimsəsizlərə və kasıblara şirniyyat və hədiyyələr paylayıblar. Bu ənənə sonradan kütləviləşdiyi üçün əlamətdar günə çevrilib.

Bazar günü efiri isə “Ümumdünya qaynanalar” gününə təsadüf edib. Verilişin musiqili qonağı Ayaz Qasımov qaynanasına hədiyyə seçməyə başı qarışdığı üçün efirə gecikib. Müxbir Səid Qurbanov 1:0 boks yarışında onu nakaut edən müxbir Səkinə Sofuyevanı axtara-axtara gəlib “Oyan Azərbaycan”ın pavilionuna çıxıb. 22 oktyabrda həmçinin Xəzər TV-də yeni “Lal yuxu” teleserialı yayımlandı. Teleserialda baş rollarda rəqqasə, aktrisa Oksana Rəsulova və teleaparıcı Şəhriyar Əbilov çəkiliblər. Verilişdə qonaq olan Oksana Rəsulova teleserialda atası tərəfindən aldığı zərbədən danışıq qabiliyyətini itirən qızı, Şəhriyar Əbilov isə onun sevgilisini canlandırıblar. “Oyan Azərbaycan” verilişinin işsizləri iş ilə təmin edən “İş verən” rubrikası bu dəfə də işsizləri işlərinə qovuşdurdu. Firuzə Cəlilovanın “Uğur düsturu” rubrikasının bu dəfəki qonağı isə Gənclər və İdman naziri Azad Rəhimov idi. Nazir ölkədə keçirilən tədbirlərin və yarışların əhəmiyyətindən, gənclik dövründən, onu nazir postuna gətirən yoldan, idmana olan marağından və üzünü güldürən balaca nəvəsindən bəhs etdi.

Qeyd edək ki, “Oyan Azərbaycan” şənbə və bazar günləri saat 09:00-dan 11:00-dək Xəzər TV-nin efirində yayımlanır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti