...

1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab olunacaq

Mədəniyyət Materials 5 Yanvar 2018 10:41 (UTC +04:00)
"Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na dəyişikliklər edilib.
1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na dəyişikliklər edilib.

Trend-in məlumatına görə, yeni dəyişikliklərə əsasən, artıq qədim nadir kolleksiyalarla yanaşı, 1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab ediləcək.

Qaydaların indiyədək mövcud olan variantına görə, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilirdi.

Qaydaların indyədək mövcud olan variantına (3.3-cü bənd) görə, bu qaydanın tələbləri kütləvi istehsal olunan suvenirlərə şamil edilmirdi.

Qaydaların yeni variantında bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bu qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqında” qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən, mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilməyəcək.

Qaydalara edilən yeni əlavəyə əsasən, bu qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsas olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti