...

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Mədəniyyət Materials 8 İyun 2018 18:40 (UTC +04:00)
İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni Azərbaycana səfər edəcək
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Bakı. Ləman Zeynalova - Trend:

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

Məlumata görə, nazir iyunun 27-dən iyulun 1-dək Bakıda keçiriləcək İran mədəniyyət günlərinin açılış mərasimində iştirak edəcək.

Tədbirdə Buşəhr şəhərindən “Liyan” ənənəvi musiqi qrupu, eləcə də Hörmüzgan əyalətinin teatr qrupu iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti