Bakı. Trend:
İtaliyanın dünya şöhrətli müğənnisi Toto Kutunyo həftə sonları Belçikada konsertlərini təxirə salıb.
Trend-in məlumatına görə, 74 yaşlı müğənni konsertlərini səhhəti ilə əlaqədar təxirə salıb.
Hazırda T.Kutunyo xəstəxanaya yerləşdirilib. Müğənni özü isə səhhətinin möhkəm istilərlə bağlı pisləşdiyini bildirib: "Artıq özümü yaxşı hiss edirəm, yaxın 1 həftədə xəstəxanadan çıxacağam. Bir qədər dincəldikdən sorna dünya turnesinə başlayacağam".