...

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib

Mədəniyyət Materials 3 Sentyabr 2018 22:31 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümünü açıq elan edib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd edilməsi ilə bağlı bu il iyulun 9-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Tədbirin rejissoru Xalq artisti Vaqif Əsədovdur.

Yeni mövsümdə ilk tamaşalar sentyabrın 22-də nümayiş olunacaq. Həmin gün saat 14:00-da uşaqlar üçün P.Cullifordun “Şirinlər”, 19:00-da isə böyüklər üçün Məhəmməd Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.

Hazırda kollektiv M.Servantesin “Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti