...

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Aprel 2019 14:14 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Konsert bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunub.

Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələri Fidan Babayeva, Leyla Kərimli, Tomris Mütəllibzadə, Oğuz Qədimli, Humay Süleymanbəyli, Dərya Hüseynova, Leyla Mehdizadə, Leyla Süleymanlı, Əminə Səfiquliyeva, Natəvan Osmanova, Teymur Süleymanbəyli, Nigar Babazadə, Ələkbər Nəzərovun ifasında səslənib.

Gecədə cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa edib.

Konsert gur alqışlarla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti