...

İçərişəhərdə “İstedArt” mədəni-xeyriyyə layihəsi ilə bağlı sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 7 İyun 2019 16:38 (UTC +04:00)
Bu gün İçərişəhərdə yerləşən Arxeoloji parkda “İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi keçirilib.
İçərişəhərdə “İstedArt” mədəni-xeyriyyə layihəsi ilə bağlı sərgi keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün İçərişəhərdə yerləşən Arxeoloji parkda “İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi keçirilib.

Trend-in məlumatına görə, sərgidə İçərişəhərə həsr edilən 36 iş təqdim edilib.

Sərgidə həmçinin Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin musiqili çıxışı olub.

Layihənin bu mövsümündə Bakı şəhərinin internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə İçərişəhərdə yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində dərs keçib.

Ümumilikdə, 1 il ərzində 100-dən çox uşağı öz ətrafında birləşdirən layihəni keçirməkdə məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən üzrlü, maddi sıxıntı çəkən uşaqların bacarıqlarını üzə çıxarmaq, onlara öz inkişaflarında bütün maneələrə baxmayaraq dəstək olmaqdır. Bu müddətdə uşaqlar həmçinin aktyor sənəti və qrafika üzrə də ustad dərslərində iştirak ediblər.

Layihənin bu ilin payızından etibarən 4-cü mövsümünə start verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin mart ayından etibarən start götürən "İstedArt" mədəni-xeyriyyə layihəsini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdərəsi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti