...

Əbülfəs Qarayev kambocalı həmkarını qəbul edib (FOTO)

Mədəniyyət Materials 3 İyul 2019 18:55 (UTC +04:00)

Bakı. Trend:

Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında mədəni və təbii irslə bağlı müzakirələrlə yanaşı, mötəbər tədbirdə iştirak edən yüksək səviyyəli rəsmilərlə işgüzar görüşlər də keçirilir.

Trend-in məlumatına görə, sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Phoeurng Sackona ilə görüşdü.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.

Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirdi, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söylədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti