...

Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq

Mədəniyyət Materials 21 Avqust 2019 12:57 (UTC +04:00)
9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.
Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq

Bakı. Elçin Mehdiyev – Trend:

9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti